Türkiyə ilə Liviya arasında yüksək səviyyəli görüş keçirilib. Ankarada Liviya Milli Ordusunun baş komandanı marşal Xəlifə Haftar və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Türkiyə rəsmiləri bir araya gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Liviya nümayəndə heyətində baş komandanın müavini general-leytenant Səddam Haftar, Baş Qərargah rəisi general-leytenant Xalid Haftar və Liviya İnkişaf və Yenidənqurma Fondunun rəhbəri Bilqasım Haftar da yer alıblar.
Türkiyə tərəfini isə xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar, müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi ordu generalı Səlcuq Bayraqdaroğlu və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın təmsil edib.
Safura Bənnayeva
Globalinfo.az