resi

“Noyabrın 17-də hərbi təqvimə əsasən, Ermənistanda tibb xidməti əməkdaşlarının günü qeyd olunur. Həmin gün hərbi həkimlər təxminən 300 nəfərin iştirakı ilə tədbir təşkil ediblər. Tədbirdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi də iştirak edib”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.

Bildirilib ki, tədbir Vanadzor şəhərindəki “Marsel” restoranında təşkil olunub. Orada axşam saatlarına qədər Tibb Xidməti Günü təmtəraqla qeyd edilib:

“Halbuki həmin günlərdə orduda ölüm hadisəsi qeydə alınmışdı və Geğarkunik vilayətinin Qavar şəhərində növbəti hərbçinin ölümü ilə əlaqədar matəm yaşanırdı.

Vanadzordakı “Marsel” restoranından məlumatımızı təsdiqləyərək, həqiqətən də orada belə bir tədbirin keçirildiyini bildiriblər.

Orduda ardıcıl ölüm hadisələri qeydə alınır. Baş Qərargah rəisi isə bu hadisələrin qarşısını almaqla məşğul olmaq əvəzinə, ziyafətlər təşkil edir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: