Almaniya kansleri Fridrix Merz Bundestaqda 2027-ci ilin büdcəsini müdafiə edərkən ölkənin maliyyə imkanlarının məhdudlaşdığını bildirib.
Globalinfo.az xəbər verir ki, Merz deyib:
“Artıq hər şeyə pulumuz çatmır. Bəzilərimiz üçün dəyərli və vərdiş etdiyimiz imkanlardan imtina etməli olacağıq”, – deyə Merz vurğulayıb.
Onun sözlərinə görə, Almaniya geosiyasi, texnoloji və demoqrafik baxımdan çətin vəziyyətlə üzləşib. Ölkə uzun müddət müdafiə və infrastruktura kifayət qədər vəsait ayırmayıb, sosial sistemdə zəruri islahatları təxirə salıb. İndi isə bu problemlərin aradan qaldırılması vacibdir.
Kansler qeyd edib ki, müdafiə və infrastruktur layihələri üçün götürülən əlavə kreditlər yaxın illərdə ölkənin maliyyə imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq.
2027-ci il büdcəsində rekord həcmdə – 560,9 milyard avro xərc nəzərdə tutulur. Əsas büdcə üzrə yeni borclanmanın təxminən 123 milyard avroya çatacağı gözlənilir.
Müxalifət hökuməti məsuliyyətsiz büdcə siyasətində ittiham edir. “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Tino Xrupalla ölkənin iflasa sürükləndiyini iddia edib.
Hakim koalisiya isə müdafiə və təhlükəsizliyə ayrılan 140 milyard avronu büdcənin əsas prioriteti hesab edir.
Merz Almaniyanın qarşıdakı illərdə həm xərcləri azaltmalı, həm də maliyyə prioritetlərini yenidən müəyyənləşdirməli olacağını bildirib.
Əliyar Xəlil