“Sabah“ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında “Barselona” komandasının müvafiq yaş qrupu ilə qarşılaşıb.
Globalinfo.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən matç İspaniya təmsilçisinin qələbəsi ilə başa çatıb – 0-7.
“Sabah” U-19 (Azərbaycan) – “Barselona” U-19 (İspaniya) – 0-7
Qollar: Rodriqez, 62, Qistau, 65, 75, Mixal, 82, Buil, 83, Tavares, 89, Fofana, 90+1
Qırmızı vərəqə: Bakare, 33 (“Sabah“)
Qeyd edək ki, Adino Mustedanaqiçin baş məşqçisi olduğu “Sabah” U-19 əvvəlki 4 matçın hamısında məğlub olub. Komanda hazırda turnir cədvəlində 36-cı pillədə qərarlaşır.