Ukrayna Yeni ildən əvvəl Rusiya, ABŞ və Avropa tərəfdaşlarının iştirakı ilə dördtərəfli danışıqların keçirilməsini mümkün hesab edir.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidentinin Ofisinin rəhbəri Kirill Budanov bildirib.
O qeyd edib ki, Ukrayna, Rusiya, ABŞ və Avropa nümayəndələri arasında işgüzar görüşün Miladdan əvvəl baş tutması real ssenaridir.
Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov isə Əbu-Dabi formatında təmasların davam etdiriləcəyini təsdiqləyib.
Bununla belə, Ryabkov növbəti danışıqlar raundunun keçirilməsi və Avropa İttifaqı nümayəndələrinin prosesə qoşulması ilə bağlı konkret tarixlərin hələ razılaşdırılmadığını qeyd edib.
Tahir Turan
Globalinfo.az