hemas yeni

HƏMAS-ın daxili təhlükəsizlik aparatının yeni təyin olunmuş rəhbəri və Şimali Qəzza briqadasının komandiri Məhəmməd Məcid Əbu əl-Uf öldürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə ÇAXAL məlumat yayıb.

Məlumata görə, o, daxili təhlükəsizlik aparatının rəhbəri Naim Əbu Nəhalın ölümündən bir gün sonra öldürülüb.

Qeyd edək ki, Naim Əbu Nəhal ötən gün öldürüldükdən sonra yerinə Uf təyin edilmişdi.

Paylaş: