000003 pic 32ratio 900x600 900x600 34187

ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedevi sərt tənqid edib. 

Globalinfo.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

Tramp Rusiya və Hindistanın hərəkətlərinə əhəmiyyət vermədiyini bildirib və onların iqtisadiyyatlarını “ölü” adlandırıb:

ABŞ Hindistanla çox az qarşılıqlı iş görür. Bu ölkənin gömrük tarifləri çox yüksəkdir. Hətta dünyanın ən yüksək tarifləridir. Rusiya ilə də eyni vəziyyətdir. Demək olar ki, heç bir iş əlaqəmiz yoxdur.

Medvedev sözlərinə diqqət etməlidir, çox təhlükəli əraziyə girir. O, hələ də Rusiya lideri olduğunu düşünən uğursuz keçmiş prezidentdir. Vaşinqton Rusiya neftinin ən böyük alıcılarından biri olan Dehliyə Ukraynayada davam edən müharibə fonunda “cərimə” tətbiq edəcək”.

Qeyd edək ki, Dmitri Medvedev iyulun 28-də Trampın Rusiyaya ultimatum vermək cəhdlərinin ABŞ-la Rusiya arasında birbaşa toqquşmaya səbəb ola biləcəyini söyləyib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: