xanim azarkesler

“Qarabağ” xanım azarkeşləri üçün növbəti ev oyununa pulsuz giriş imkanı yaradıb.

Globalinfo.az xəbər verir ki, Misli Premyer Liqasının 13-cü turunda “Sumqayıt”ı qəbul edəcək Ağdam təmsilçisinə dəstək olmaq istəyən xanımlar QR biletləri ödənişsiz əldə edə bilərlər.

Biletlərin verilməsinə noyabrın 26-dan başlanılacaq. Bunun üçün şəxsiyyəti təsdiq edən sənədlə aşağıdakı ünvanlara müraciət etmək lazımdır:

Heydər Əliyev Sarayının kassası;

28 Mall AVM-in 3-cü mərtəbəsində yerləşən Fan Store.

QR biletləri qarşılaşmanın keçiriləcəyi gün “Azersun Arena”nın kassasından da götürmək mümkün olacaq.

Qeyd edək ki, stadiona giriş yalnız QR biletlə təmin ediləcək. “Qarabağ” – “Sumqayıt” görüşü noyabrın 29-da “Azersun Arena”da keçiriləcək və saat 17:00-da başlayacaq.

Paylaş: