6b070fd5f01436b070fd5f014417956249176b070fd5f01416b070fd5f0142

ABŞ Quru Qoşunları ilk LRHW (“Dark Eagle”) hipersəs raket batareyasını silahlanmaya qəbul edib.

Globalinfo.Az xəbər verir ki, bu barədə “Breaking Defense” portalı məlumat yayıb.

ABŞ Quru Qoşunlarının silah tədarükü proqramının rəhbəri, general Frenk Lozanonun sözlərinə görə, batareya qoşunlara təhvil verilib və istifadəyə hazırdır.

“O, dünyanın istənilən nöqtəsində yerləşdirilə və tətbiq oluna bilər”, – deyə general qeyd edib.

Lozano hipersəs raket batareyasının harada və nə vaxt yerləşdirildiyini açıqlamayıb.

Qeyd edək ki, LRHW orta mənzilli daşıyıcı raketdən və hipersəs sürətli süzən döyüş blokundan ibarət yerüstü raket kompleksidir.

Əliyar Xəlil,

Globalinfo.Az

Paylaş: