Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyanın Milli Ordusunun baş komandanı, marşal Xəlifə Haftar və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
Globalinfo.az xəbər verir ku, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Ankaradakı Prezident Kompleksində keçirilən görüş mətbuat üçün qapalı olub.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran, eləcə də Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.
Əliyar Xəlil