8 3

NATO-nun baş katibi Mark Rütte bildirib ki, ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəldiyi ilk gündən Rusiya Prezidenti Vladimir Putinə təzyiq göstərir və onun mövqeyini sınağa çəkir.

Globalinfo.az xəbər verir ki, bu barədə o, FOX News telekanalına müsahibəsində danışıb.

Aparıcı Brayan Kilmid Trampın Putinlə dostluq münasibətləri barədə son açıqlamalarını xatırladaraq Rüttenin bu barədə fikrini soruşub.

“Tam açıq deyə bilərəm ki, bu prezident ilk gündən Putini sınağa çəkir və Rusiyaya maksimum təzyiq göstərir”, – deyə NATO rəhbəri cavab verib.

Rütte həmçinin noyabrın 25-də ABŞ-ın Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında Trampla görüşəcəyini bildirib. NATO baş katibinin ABŞ-a səfəri noyabrın 24-25-də baş tutacaq.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: