Ukrayna prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla növbəti dəfə telefonla danışıb. Tərəflər Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi, o cümlədən uzaqmənzilli raket imkanlarının artırılmasını müzakirə ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında məlumat yayıb.
“Bu gün yenidən ABŞ prezidenti Donald Trampla danışdım. Dünən müəyyən mövzular üzrə razılığa gəlmişdik, bu gün onları ətraflı müzakirə etdik,” – deyə Zelenski bildirib.
O əlavə edib ki, söhbət zamanı hava hücumundan müdafiə sistemləri, Ukraynanın dayanıqlığı və uzaqmənzilli raket imkanları, həmçinin energetika sahəsində bir sıra detallı məsələlər müzakirə olunub.
Zelenski vurğulayıb ki, Donald Tramp Ukraynadakı vəziyyətdən yaxşı məlumatlıdır və tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Əliyar Xəlil
Globalinfo.az