Ukrayna Prezidenti Volodimir Zelenski uzun müddətdən sonra ilk dəfə İsrailin Baş naziri Benyamin Netanyahu ilə şəxsi görüş keçirib.
Globalinfo.az xəbər verir ki, görüş Vaşinqtonda ABŞ senatoru Lindsi Qremin vida mərasimindən əvvəl baş tutub.
Tərəflər qısa söhbət etsələr də, müzakirənin məzmunu ictimaiyyətə açıqlanmayıb. Görüşün sonunda liderlər əl sıxaraq söhbəti yekunlaşdırıblar.
Qeyd edək ki, Zelenski ABŞ-a iyulun 28-də səfər edib. O, səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla da görüş keçirib. Ukrayna liderinin sözlərinə görə, görüşdə əsas müzakirə mövzularından biri Patriot hava hücumundan müdafiə sistemləri üçün tutucu raketlərin istehsalının artırılması olub.
Tahir Turan
Globalinfo.az