Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin xüsusi təyinatlı qüvvələrinin Primorskdakı neft terminalına həyata keçirdiyi uğurlu zərbələrə görə təşəkkür edib.
Globalinfo.az xəbər verir ki, o, Ukrayna Silahlı Qüvvələrinin strateji obyektlərə yönəlik əməliyyatlarının davam edəcəyini vurğulayıb.
Zelenski bildirib ki, Ust-Luqa limanı və Rusiyanın digər dünya bazarına çıxış nöqtələri Ukrayna xüsusi təyinatlılarının nəzarəti altındadır və lazım gələrsə, bu obyektlərə qarşı əlavə hərbi əməliyyatlar həyata keçirilə bilər.
Prezidentin sözlərinə görə, belə tədbirlər Rusiyanın iqtisadi resurslarını məhdudlaşdırmaq və dünya bazarında təsirini zəiflətmək məqsədini daşıyır.
Tahir Turan
Globalinfo.az