Zəfər Günündə doğulan körpəyə “Zəfər” adı qoyuldu – FOTO

Bu gün Sabunçu Tibb Mərkəzinin nəzdindəki 2 nömrəli Doğum Evində dünyaya göz açan körpəyə “Zəfər” adı verilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, körpənin atası 44 günlük Vətən müharibəsinin iştirakçısı, hərbçi Vüsal Həmidovdur.