WhatsApp Image 2026 11 25 at 23.35.15

Bir aydır yol gözləyirlər, amma sərhədi keçə bilmirlər.

Globalinfo.Az xəbər verir ki, Estoniya ilə Rusiya arasındakı Luhamaa sərhəd-keçid məntəqəsində qalan təxminən 50-yə yaxın sürücü çıxılmaz vəziyyətlə üzləşib.

Sürücülərin sözlərinə görə, onlar elektron növbə sistemi vasitəsilə qeydiyyatdan keçiblər. Lakin, buraxılışın ləngiməsi səbəbindən gözləmə müddəti uzanıb, bir çoxunun növbə vaxtı keçib.

Sürücülərin sözlərinə görə, gözləmə müddəti həm maddi, həm də mənəvi baxımdan ciddi problemlər yaradıb. Onların istəyi problemin həll olunması və sərhədi keçmələri üçün şərait yaradılmasıdır.

Luhamaa sərhəd-keçid məntəqəsində gözləyən sürücülər üçün isə vaxt daralır. Çünki, Estoniya dekabrın 1-dən Rusiya ilə quru sərhədindəki avtomobil keçid məntəqələrini müvəqqəti bağlamağı planlaşdırır. Həmin tarixədək sərhədi keçə bilməyən sürücülər isə ya gözləməyə davam etməli, ya da başqa marşrut seçməli olacaqlar. Bu isə sürücüləri əlavə xərcə sala bilər.

Ətraflı “Xəzər TV”nin süjetində:

Paylaş: