fhn 099

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinə iki yeni nazir müavini təyin edilib. Belə ki, general-mayor Yusif Nəbiyev və Xanlar Cəbrayılov nazir Kəmaləddin Heydərovun müavini olub.

Globalinfo.az bildirir ki, Qaynarinfo-nun məlumatına görə, Nəbiyev Yusif Mahmud oğlu uzun illərdir Fövqəladə Hallar Nazirliyinin Baş yanğın təhlükəsizliyi eksperti vəzifəsində çalışırdı. O, 14 dekabr 2012-ci ildə daxili xidmət general-mayoru rütbəsi alıb, 2018-ci ildə isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

7d5775897507f92ba855d97240580875 115c863f 8d8a 4f63 aa10 9862cfacc535

Yusif Nəbiyev

Naxçıvan Muxtar Respublikasında anadan olan Yusif Nəbiyev Azərbaycanın əməkdar hüquqşünası, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədri (2000–2011), Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri (2011–2022) olmuş Mahmud Nəbiyevin oğludur.

General-mayorun babası Yusif Mustafa oğlu Nəbiyev Naxçıvan MSSR Nazirlər Sovetinin sədri (1970–1979), Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibi (1979–1980) olub.

Xanlar Cəbrayılov isə 03.11.1972-ci ildə Bakı şəhərində doğulub. 1995-ci ildə İqtisad Universitetini bitirib. Daha sonra Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində işləyib. Onun gömrük xidməti mayoru olduğu bildirilir.

4123cbf1eac0bce89f0b01697033a99e 77e1140e 57c4 4b3e 83af ca7f9719c8c4

Xanlar Cəbrayılov

O, FHN yaranandan sonra – 2005-ci ildən bu nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində rəisi vəzifəsinə təyin edilib.

Paylaş: