Məişət zorakılığına məruz qalanların hamısı onun müxtəlif formalarda özünü biruzə verən təsirləri ilə qarşılaşır.
Globalinfo.az bildirir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.
Məişət zorakılığının ayrı-ayrı fərdlərə (fərdlər qrupuna) münasibətdə fiziki və psixoloji təsirləri ilə yanaşı, bütövlükdə cəmiyyət üçün mənfi nəticələr doğuran sosial təsirləri də var. Araşdırma zamanı rəyi soruşulanların 74%-i müxtəlif bədən xəsarətləri (zədələr, yırtıq, çapıq, dişlərin tökülməsi, sınıq və s.) aldığını, 54%-i yuxusunun pozulduğunu və onda qorxu hissi yarandığını, 34%-i depressiyaya düşdüyünü və özünəinamsızlıq yarandığını, 33%-i özünə qapandığını, 26%-i özündə sosial fobiya hiss etdiyini, 22%-i intihara cəhd etdiyini bildirib. Məişət zorakılığına məruz qalanların 97%-i eyni zamanda bir neçə təsirə məruz qaldığını bildirib. Araşdırmanın məişət zorakılığının fəsadları ilə bağlı nəticələri qurbanların təxminən beşdə birinin (22%) intihara cəhd etdiyini göstərir. Bu, kifayət qədər böyük rəqəmdir və son dövrlərdə baş verən intihar hallarının artması ciddi narahatlıq doğurur.
X X X
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2021-ci ildə 364 məişət zorakılığından zərərçəkmiş şəxslə bağlı müraciətlərə baxılıb.
Globalinfo.az bildirir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.
Qeyd edilib ki, 2019-cu ildə bu rəqəm 242 , 2020-ci ildə isə 179 olub.
Araşdırmanın nəticələri onu göstərir ki, məişət zorakılığına məruz qalanların böyük əksəriyyəti orta təhsilli şəxslərdir. Sorğuya cəlb olunmuş respondentlərin 78%-nin işsiz, 22%-nin məşğul olması onu göstərir ki, məişət zorakılığına daha çox işsiz şəxslər (xüsusilə işsiz qadınlar) məruz qalırlar. Bu, qadınların məşğulluğunun təmin edilməsi istiqamətində daha geniş proqramların həyata keçirilməsinə ehtiyac olduğunu göstərir.
X X X
Keçən il qurbanlara qarşı zorakılıq həm intim partnyorları, həm də intim partnyorları olmayan şəxslər tərəfindən törədilir.
Globalinfo.az bildirir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.
Zorakılıq törədənlərin 33%-i qurbanların əri, 16%-i keçmiş əri, 6%-i qanuni nikahda olmadan birgə yaşadığı şəxs, 4%-i anası, 4%-i atası, 10%-i qardaşı, 12%-i qaynanası, qalan 15%-i isə digər şəxslərdir (arvad, ögey ana, övladlığa götürən, baldız, bibi, dayı, bacı və s.).
Zorakılıq qurbanları daha çox məişət zəminində fiziki və psixi zorakılığa məruz qalırlar. Sorğuya cəlb olunmuş respondentlərin 78%-i fiziki, 84%-i psixi zorakılığa məruz qaldığını bildirib. Ekspertlərin əksəriyyətinin qənaətinə görə, zorakılıq qurbanlarının çoxu seksual zorakılığa məruz qalmalarını açıqlamaqdan çəkindiklərindən seksual zorakılıq qurbanlarının statistik göstəriciləri reallıqda olduğundan dəfələrlə aşağıdır. Eyni zamanda iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərə məruz qalanların da statistikası reallıqdan uzaqdır. Sorğuya cəlb edilmiş respondentlərin yalnız 33%-i iqtisadi, 11%-i isə seksual zorakılığa məruz qaldığını bildirib. Sorğuda iştirak edən respondentlərin 9%-i COVİD-19 pandemiyası dövründə zorakılıq hallarının artdığını, 2%-i azaldığını, 89%-i isə fərq etmədiyini bildirib.
Araşdırmanın nəticələrinə görə mövcud stereotiplər (71%), kənar şəxslərin müdaxiləsi (62%), alkoqol və narkotik asılılığı (61%), xarakterdə zorakılığa meyllilik (56%),
maddi problemlər (54%), qısqanclıq (45%) və uşaqlıqda yaşanan zorakılıq təcrübəsi (42%) məişət zorakılığında daha çox rol oynayan səbəblərdir.
“Məişət zorakılığına məruz qaldıqdan sonra kömək üçün müraciət etmisinizmi?” sualına cavab verən respondentlərin 31%-i ümumiyyətlə müraciət etmədiklərini bildiriblər. Müraciət etməyənlərin 12%-i məlumatsız olmaları, 26%-i müraciət edəcəkləri təqdirdə daha ağır zorakılığa məruz qalacaqlarından qorxmaları, 32%-i el qınağından çəkindikləri, 30%-i ailənin dağıla biləcəyindən narahatlıq keçirdikləri səbəbindən müraciət etmədiklərini bildiriblər.
Kömək üçün müraciət edənlərin 68%-i polis, prokurorluq və məhkəmə orqanlarına, 12%-i dostlara və qohumlara, 5%-i yardım mərkəzləri və sığınacaqlara, 3%-i ictimai təşkilatlara, 12%-i digər kömək vasitələrinə (ƏƏSMN-ə, psixoloqlara, ictimai təşkilatlara, televiziya proqramlarına) müraciət ediblər.
Dövlət orqanlarına kömək üçün müraciət etmiş respondentlərin 25%-i görülən tədbirlərdən tam razı qaldığını, 42%-i qismən razı qaldığını, 33%-i isə razı qalmadığını bildirib.
Məişət zorakılığına məruz qalmış şəxslərin 27%-i zorakılıq törətmiş şəxsə qarşı başlanmış inzibati və ya cinayət işinə barışıq əsasında xitam verildiyini, 22%-i bu halların bir neçə dəfə baş verdiyini bildirib. Zorakılıq törətmiş şəxslə barışmış qurbanların 29%-i belə halların bir daha baş verməyəcəyinə inandığından, 26%-i ailənin bütövlüyünü qorumağa çalışdığından, 23%-i barışığa məcbur edildiyindən, 22%-i digər səbəblərdən (el qınağından çəkindiyindən, qarşı tərəfin hədələrindən qorxduğundan, uşaqlarının gələcəyini düşündüyündən) zorakılıq törətmiş şəxslə barışdığını bildirib.
X X X
Keçən il Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə 256 erkən nikah yaşında olan müraciət daxil olub.
Globalinfo.az bildirir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.
Qeyd edilib ki, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən nikaha daxil olmaq üçün müraciət etmiş 256 erkən nikah yaşında olan (18 yaşadək) gəncin erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığa, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mənfi təsiri barədə məlumatlandırılması təmin edilib.
Bildirilib ki, aidiyyəti qurumlarla birgə “Erkən nikaha YOX deyək” adlı videoçarx hazırlanıb, Dövlət Komitəsinin və aidiyyəti qurumların sosial şəbəkə səhifələrində paylaşılıb, eləcə də televiziya vasitəsi ilə nümayiş etdirilib. Respublikada erkən nikah hallarının dinamikasında azalma qeydə alınsa da, onun tamamilə aradan qaldırılması hələ də mümkün deyil. İl ərzində Ədliyyə Nazirliyinin qeydiyyat orqanlarında Ailə Məcəlləsinin tələblərinə uyğun olaraq yerli icra hakimiyyətləri tərəfindən nikah yaşı 1 il azaldılmış 139 şəxsin nikahı dövlət qeydiyyatına alınıb, onlardan 138- nin qadın, 1-nin isə kişi olduğu müəyyən edilib.
X X X
2021-ci ildə respublikada qadınlarla bağlı 5593, o cümlədən zorakılıqla müşayiət olunan 2197 cinayət qeydə alınıb.
Globalinfo.az bildirir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.
Qeyd edilib ki, pandemiya ilə bağlı əksər dünya ölkələrində qadınlara qarşı cinayətlərin sayının artması ölkəmizdə də müşahidə edilib. Həmin əməllərin, o cümlədən zorakılıqla bağlı olanların sayı 2020-ci illə müqayisədə 6,3% çox olub.
Qadınlara qarşı cinayətlərin 21, 4%-i (5593-dən 1196-sı) və yaxud hər beşincisi qısqanclıq və sair ailə-məişət münaqişələri səbəbindən baş verib.
X X X
2021-ci ildə nikahı rəsmi qeydə alınmayan analar tərəfindən doğulan uşaqların sayında cüzi azalma var.
Globalinfo.az bildirir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.
Qeyd edilib ki, 2020-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1917 nəfər təşkil edib. Aparılan profilaktik və maarifləndirici tədbirlərin nəticəsi olaraq 2021-cu ildə bu say 267 nəfər azalaraq 1650 nəfər olub.
X X X
2021-ci ildə ölkədə 2020-ci illə müqayisədə abortların sayı 34719-dan 46877-dək artıb.
Globalinfo.az bildirir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.
Qeyd edilib ki, 30-34 yaş qruplarında abortların sayı çoxluq təşkil edir. 15-19 yaş qrupunda abortların sayı ötən illə müqayisədə təqribən iki dəfəyədək artıb.
Mövcud statistik göstəricilər hamiləliyin süni pozulma səbəblərinin müəyyən edilməsinə imkan vermir. Bu istiqamətdə tədqiqatların aparılmasına ehtiyac var.
X X X
2021-ci ildə qadını nikaha daxil olmağa məcburetmə ilə bağlı cəmi bir cinayət qeydə alınıb.
Globalinfo.az bildirir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.
Qeyd edilib ki, erkən nikahla əlaqəli olan on altı yaşına çatmayanla cinsi əlaqədə olma əməlinə görə 6 cinayət işi başlanılıb.
Erkən nikah hallarına yol açan təhsildən yayınma hallarının qarşısının alınması sahəsində Dövlət Komitəsi tərəfindən görülmüş tədbirlər nəticəsində 60 nəfər, o cümlədən 21 qız uşağı müəyyən edilərək onların təhsilə cəlb edilməsi təmin olunub.
X X X
2021-ci il ərzində qeydə alınmış cinayət hadisələri üzrə məişət zorakılığı ilə bağlı 1536 zərərçəkmiş şəxs olub.
Globalinfo.az bildirir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.
Qeyd edilib ki, onlardan 205-i qadındır. Zərər çəkmiş şəxslərin 1150-i xəsarət alıb. Məişət zorakılığı nəticəsində ölən qadınların sayı 46 olub ki, onlardan 44-ü qəsdən adam öldürmə (CM-in 120-122-ci maddələri nəzərdə tutulur) cinayətinin, 2-i isə qəsdən sağlamlığa ağır zərərvurma cinayətinin qurbanı olub.
Törədilmiş cinayət əməlləri arasında qəsdən sağlamlığa zərərvurmanın müxtəlif növlərinə, xuliqanlıq, əzab vermə, öldürülməklə və ya sağlamlığa zərər vurmaqla hədələmə, seksual xarakterli zorakılıq hərəkətlərinin törədilməsinə rast gəlinir. Ən çox rast gəlinən hal qəsdən sağlamlığa yüngül zərərvurmadır (295 hal). Ən az rast gəlinən isə seksual xarakterli zorakılıq hərəkətləridir (cəmi 1 hal). 2 ailədə isə ər-arvad qarşılıqlı olaraq bir-birinə xəsarət yetirib.
Cinayətlərin ən çox qeydə alındığı ərazilər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu olub.
Məişət zorakılığı ilə bağlı törədilmiş cinayətlərdə cinayətkar və qurbanın qohumluq əlaqələri də müxtəlifdir. Həm yaxın qohumlar, həm digər qohumlar, həm də peşə fəaliyyətini yerinə yetirən zaman zərər çəkən polis işçisinə rast gəlmək mümkündür. Lakin say nisbətinə baxdıqda ən çox ər tərəfindən öz həyat yoldaşının öldürülməsi diqqəti çəkir
Qeyd edək ki, 2020-ci ildə 41 nəfər qadın məişət zorakılığı nəticəsində ölüb.