Xocalı qatili siyasətdən gedir

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və onun ailəsi ilə bağlı olan şirkətlər, media qurumlarında ixtisarlar başlayıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.

Məlumata görə, Köçəryan özünün tabeliyindəki media qruplarını fevralın 1-dən minimal həcmdə işlədəcək.

İxtisarların əsasən maliyyə problemlərindən qaynaqlandığı vurğulanıb:

“Prosesin siyasi mətnaltı mənası var. Robert Köçəryan komandası ilə son görüşü zamanı passivlik göstərmək qərarı verdiyini bildirib. Bunu isə onun müxalifətin yerini tutması və yeni müxalifətin formalaşmasına mane olması ilə bağlı tez-tez ittihamların səsləndirilməsi ilə əlaqələndirib. Köçəryan öz komandasına artıq azad olduqlarını deyib”.

Aqşin
Globalinfo.az