Paşinyan Putinə məktubunda nə yazdığını açıqladı

“Rusiya Prezidenti Vladimir Putinə məktubumda vəziyyətlə bağlı qiymətləndirməmiz ifadə olunub”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Məktubda Putinlə telefon danışıqları zamanı da səsləndirilmiş mövqe ifadə olundu”, – o qeyd edib.

Paşinyan bu yaxınlarda Ermənistan səfirinin Rusiya XİN-ə çağırılması və etiraz notası təqdim olunmasının “işgüzar proses” adlandırıb.

Qeyd edək ki, iki ölkə arasında münasibətlərin kəskinləşməsi fonunda Nikol Paşinyanın zənglərinin Kreml tərəfindən qəbul edilmədiyi, sonda Paşinyanın Vladimir Putinə məktub yazaraq vəziyyəti izah etdiyi bildirilmişdi.

Tamerlan Yayaqan
Globalinfo.az