“Xarıbülbül” hoteli aksiya iştirakçılarını ərzaqla təmin etdi – VİDEO

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası 14 saatdan artıqdır ki, davam edir. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bu axşam orada gecələməyə qərar veriblər.

Globalinfo.az xəbər verir ki, Şuşadakı “Xarıbülbül” hoteli aksiya iştirakçılarını ərzaqlarla təmin edib.

Görüntüləri təqdim edirik:

Gülnar,

Globalinfo.az