Paşinyandan ermənilərə Xankəndi mesajı: Hazırlaşın!

 

Ermənistan Baş naziri Nikol Paşinyan dünənki çıxışı zamanı həmçinin Qarabağdakı erməni separatçılarının son bəyanatına da şərh verib.

Globalinfo.az xəbər verir ki, separatçıların onun Azərbaycanın ərazi bütövlüyünü tanımasına qarşı bəyanatına qəti fikir bildirməyən Paşinyan Xankəndidən təcili Bakı ilə danışıqlara başlamasını tələb edib:

“Xankəndidən səsləndirilən bəyanata qiymət verməyəcəyəm, amma onu deyə bilərəm ki, ermənilərin haqları və təhlükəsizliyinin təminatı ilə bağlı Bakı-Xankəndi formatında beynəlxalq mexanizm çərçivəsində danışıqlar doğru istiqamətdir. Mən Qarabağdakı dostlarımızı bu gündəmə hazırlıqlı yanaşmağa çağırıram.

Digər tərəfdən Bakı da buna hazırlıqlı olmalıdır, çünki bəlkə də Xankəndidə Bakının hazırlığına şübhə ilə yanaşırlar. Bəlkə də reaksiyaların səbəbi bununla bağlıdır. Gəlin, tələsik nəticələr çıxarmayaq”, – o bildirib.

İlkin Həsənov
Globalinfo.az