Xarabalıqda meyiti tapılan şəxs Vətən müharibəsi iştirakçısı imiş

Dekabrın 6-da Şirvan şəhərində istifadəsiz qalmış binada asılmış meyiti tapılan 32 yaşlı Nadir Nizami oğlu Abbasovun Vətən müharibəsi qazisi olduğu üzə çıxıb.

Globalinfo.az bildirir ki, o, müharibədən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə də təltif edilib.

Qeyd edək ki, qazidən xəbər ala bilməyən ailəsi dekabrın 5-də polisə müraciət edib. Onlar Nadirin itkin düşdüyünü bildiriblər. 1 gün sonra isə ailəli, 2 uşaq atası olan şəxsin Şirvan şəhəri Mehmandarov küçəsində istifadəsiz qalan hamamın binasında özünü asması məlum olub.

Gülnar Səlimova
Globalinfo.az