Mingəçevirdə bıçaqlanma qeydə alınıb.
Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə şəhər ərazisində qeydə alınıb.
1999-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, hadisəni törətməkdə 1991-ci il təvəllüdlü Vüsal Kazımlı şübhəli bilinir. Onun Elgün Rzayevi mübahisə zamanı bıçaqladığı bildirilir.
Qeyd edək ki, yaralanan Elgün Rzayev Vətən müharibəsinin iştirakçısıdır.
Faktla bağlı araşdırma aparılır.
Hadisə ilə bağlı DİN-dən bildirilib ki, gecə saat 02:00 radələrində Mingəçevir şəhəri ərazisində bıçaqlanma olub. 27 yaşlı Elgün Rzayev kəsilmiş deşilmiş xəsarətlərlə xəstəxanaya müraciət edib.
Əməli törədən şəxsin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər həyata keçirilir.