Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilovun Novxanı qəsəbəsində yerləşən bağ evinin satışa çıxarılması ilə bağlı məlumat yayılıb. 20 sot torpaq sahəsində yerləşən, ümumi sahəsi 650 kvadratmetr olan 10 otaqlı bağ evinin 1 milyon 150 min manata satışa çıxarıldığı bildirilib.
Məsələ ilə bağlı Globalinfo.az-a Xalq artistinin qızı Nigar İsrafilova həmin evin onlara məxsus olmadığını bildirib:
“Biz həmin evi atam sağ ikən satmışıq. Hazırda evi satan şəxs ikinci sahibidir. Yəni bizimlə heç bir əlaqəsi yoxdur. Bu məsələ ailəmizi narahat edir. Atamın adından istifadə edən şəxsi axtarırıq ki, görək, niyə onun adından istifadə edir? Bir daha deyirəm ki, o ev Aftandil İsrafilovun deyil.
Xahiş edirəm, indiki sahibkar öz adından satsın, atamın adından istifadə etməsin. O bağ illərdir, bizə məxsus deyil. Atamın adından istifadə etmək yanlışdır”.
Zaira Akifqızı
Globalinfo.az