
İstanbulda güclü yağış və daşqınlardan sonra Ayazağa bölgəsində çay yatağını zəbt edən obyektlərin sökülməsinə başlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İstanbul valisi Davud Gül məlumat verib.
Valinin sözlərinə görə, daşqının nəticələrinin aradan qaldırılması, ərazinin təmizlənməsi və normal həyat şəraitinin bərpası üçün bir sıra qərarlar qəbul edilib.
Qərarlardan biri çay yatağında yerləşən qanunsuz tikililərin sökülməsi və çayın əvvəlki vəziyyətinə qaytarılması üçün şərait yaradılmasıdır.