655a30006d189655a30006d18a1700409344655a30006d187655a30006d188

Xaçmazda 2 ədəd sənədsiz silah polisə təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

Qeyd olunan tədbirlər zamanı bu gün ərzində polis əməkdaşları tərəfindən 2 ədəd müxtəlif növ tüfəng təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Paylaş: