osman gazi gemisi filyos limaninda

Türkiyənin ilk üzən hasilat platforması “Osman Qazi” Filyos limanından Qara dənizdəki xidmət məntəqəsinə doğru yola çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “X” sosial şəbəkə hesabında məlumat verib.

Nazir bildirib ki, platforma Sakarya qaz yatağında təbii qaz hasilatının iki dəfə artırılmasına imkan verəcək.

Uraloğlu layihənin həyata keçirilməsində əməyi olan şəxsləri təbrik edərək bu investisiyanın əhəmiyyətini vurğulayıb.

Paylaş: