eraqci 111 900x581 2

Hörmüz boğazının açılması üçün ABŞ-a yeddi günlük plan təqdim etmişik, indi seçim onlarındır.

Globalinfo.az APA-ya istinadən bildirir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

    Əraqçi dialoq yolunun açıq saxlanılmasının zəiflik yox, məsuliyyət hissi olduğunu qeyd edib.

    “Qətər vasitəsilə ABŞ-a yeddi günlük plan təqdim etmişik.

    Bildirmişik ki, lazımi şərtlərin yerinə yetiriləcəyi təqdirdə, Hörmüz boğazı açıla bilər və gəmilərin gediş-gəlişi yeddi gün ərzində adi qaydasına qayıda bilər. İndi, seçim ABŞ-ındır”, – Əraqçi vurğulayıb.

    Paylaş: