sabah

Azərbaycan Premyer Liqasının VIII turunda “Qəbələ” və “Sabah” komandaları qarşılaşıb.

Globalinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən görüş qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Abdulla Xaybulayev (45+2), Aleksey İsayev (74, 90+3) və Coy Lens Mikels (88) vurublar.

Hazırda “Sabah” 19 xalla turnir cədvəlinə başçılıq edir. 4 xala malik “Qəbələ” isə onuncudur.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Şamaxı” “Şəfa”nı (3:2), “Sumqayıt” isə “Araz-Naxçıvan”ı (2:1) məğlub edib.

Paylaş: