242104 8iozy6kb2a

Misli Premyer Liqasının VIII turu çərçivəsində keçirilən “Qarabağ” – “Neftçi” qarşılaşması 3:3 hesabı ilə başa çatıb.

Globalinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç saat 19:00-da start götürüb. Görüşün baş hakimi FIFA referisi Kamal Umudlu olub.

Oyunun 11-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Qustavo Klisman hesabı açıb. Yeddi dəqiqə sonra Aleksey Kaşuk “Qarabağ”ın bərabərlik qolunu vurub – 1:1.

Klisman 34-cü dəqiqədə yenidən fərqlənərək komandasını hesabda önə çıxarıb – 1:2.

Görüşün sonlarına yaxın “Neftçi” üstünlüyünü artırsa da, “Qarabağ” təslim olmayıb. Matçın 88-ci dəqiqəsində Renaldo Sefas fərqi azaldaraq hesabı 2:3 edib.

Əlavə olunmuş vaxtın beşinci dəqiqəsində Kadi Borges “Qarabağ”ın üçüncü qolunu vuraraq komandası üçün heç-heçəni təmin edib – 3:3.

Beləliklə, Azərbaycan futbolunun iki köklü klubu arasında derbi heç-heçə ilə yekunlaşıb.

Paylaş: