pakistan 1

Pakistan və Əfqanıstan sərhədində silahlı toqquşmalar baş verib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “TOLO News” telekanalı təhlükəsizlik sahəsindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, iki ölkənin hərbçiləri Əfqanıstanın Paktia vilayətinin Dand-Patan bölgəsində, Dürand xətti yaxınlığında silahlı qarşıdurmaya giriblər. Dürand xətti Pakistanla Əfqanıstan arasındakı sərhəd hesab olunsa da, rəsmi Kabul bu sərhədi tanımır.

Toqquşmalar zamanı Pakistan sərhəd qüvvələrinə məxsus iki müşahidə qülləsi dağıdılıb, həmçinin müşahidə kameralarından biri məhv edilib. Həmçinin azı 7 Pakistan hərbçisi həlak olub, daha 6 nəfər yaralanıb.

Mənbənin bildirdiyinə görə, ərazidə atışmalar davam etsə də, qarşıdurmanın intensivliyi əvvəlki ilə müqayisədə azalıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: