MyCollages 2023 03 27T161203.659

Mərhum Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilovun Novxanı qəsəbəsində yerləşən bağ evi satışa çıxarılıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, 20 sot torpaq sahəsində yerləşən villanın ümumi sahəsi 650 kvadratmetrdir. 10 otaqdan ibarət olan bağ evinin satış qiyməti 1 milyon 150 min manat olaraq müəyyənləşdirilib.

Bağ evinin hazırda kimə məxsus olduğu və hansı səbəbdən satıldığı bilinmir.

Xatırladaq ki, Aftandil İsrafilov 2023-cü ilin aprel ayında 82 yaşında vəfat edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: