8a13af264d439c22c310fcc7a7f56514 72192780

Yəmən ordusu son 24 saat ərzində Ənsar Allah (Husi) hərəkatının təxminən 800 üzvünü zərərsizləşdirdiyini və üsyançıların mövqelərinə 1 400-dən çox zərbə endirdiyini bəyan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Yəmənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücumlar Husilərin atəş nöqtələrinə və pilotsuz uçuş aparatlarının buraxıldığı meydançalara yönəlib. Şərq cəbhəsində hökumət qüvvələri üsyançıların mövqelərini təmizləmək əməliyyatlarını davam etdirərək yeni taktiki xətlər üzərində nəzarəti ələ keçirib.

Məlumata görə, ölkənin cənub-qərbində yerləşən Taiz əyalətində də silahlı qüvvələr Husilərin ardıcıl hücumlarını dəf edib. Döyüş təyyarələri üsyançıların mövqelərinə və əlavə qüvvələrinə zərbələr endirib. Nəticədə canlı qüvvə və hərbi texnika baxımından ciddi itkilərin olduğu bildirilib.

Paylaş: