AKP-nin sədr müavini Kürşad Zorlu Türkiyə ilə Azərbaycan arasında baş verən son proseslərlə bağlı danışıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, sədr müavini iki ölkə arasındakı prosesləri yaxından izlədiklərini bildirib.
Zorlu vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasındakı fikir ayrılıqları hər iki ölkənin suveren hüquqlarına hörmət çərçivəsində həll olunmalıdır:
“Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı narahatlıqla izlədiyimiz bəzi hadisələr mövcuddur. Sosial şəbəkələrdə ortaya çıxan müəyyən paylaşımlar da tərəfimizdən diqqətlə izlənilir. Müəyyən problemlərimiz ola bilər. Dövlətlərimizin inkişaf yollarında fərqliliklər də mövcud ola bilər. Biz, ayrı-ayrı dövlətlər olaraq, bir-birimizin qərarlarına və suveren hüquqlarına tam hörmət edirik. Eyni zamanda bu hörməti bundan sonra da davam etdirəcəyik”.