celal ciftci 1

Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist Celal Çiftçi ötən gün üzr paylaşımları etdiyi halda bu gün yenidən təxribat xarakterli fikirlərlə gündəmə gəlib.

Globalinfo.az xəbər verir ki, bu dəfə Celal Çiftçi axtarışa verilməsi ilə bağlı fəxr etdiyini açıqlayıb.

Azərbaycan tərəfinin cinayət işi başladaraq axtarışla bağlı qərarının elan olunmasından sonra üzr paylaşımları edən, hətta müvafiq informasiyanı yayan bir çox sosial şəbəkə hesablarının paylaşımlarına belə üzrxahlıq şərhləri yazan Celal Çiftçi bir neçə saat sonra yenidən “fikrini dəyişib”.

“Bir müsəlman olaraq hicaba göstərdiyim həssaslıq səbəbilə qırmızı bülletenlə axtarışda olmaq mənim üçün şərəfdir”, – deyə o bildirib.

Qeyd edək ki, türkiyəli jurnalist bu gün müvafiq məzmunda bir neçə paylaşım edib.

Həmin paylaşımları təqdim edirik:

2f59bc87 8bc7 4f21 b028 a22a87310135 77bd7ea3 90fc 4713 84d6 e8e22bbdc8a9 19c64cfb 65ad 4f25 ae53 b3e17ab2754b

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: