
İngiltərənin sabiq futbol ulduzu Devid Bekhemin FIFA prezidentliyinə namizədliyini irəli sürərək qurumun hazırkı rəhbəri Canni İnfantinoya rəqib ola biləcəyi iddia edilir.
Globalinfo.az xəbər verir ki, UEFA və onun müttəfiqlərinin FIFA rəhbərliyində dəyişiklik etmək niyyətində olduğu bildirilir.
Bekhemin dünya miqyasında tanınması, geniş beynəlxalq əlaqələri və “İnter Mayami” klubunun idarə edilməsindəki təcrübəsi onu mümkün namizədlər sırasında önə çıxarır.
Keçmiş futbolçu daha əvvəl FIFA-da baş verən korrupsiya qalmaqallarını tənqid edib və bu hadisələri “iyrənc” adlandırıb.
Bununla belə, Bekhemin prezidentliyə namizədliyini irəli sürüb-sürməyəcəyi hələlik dəqiqləşməyib. Namizədlərin irəli sürülməsi üçün son tarix noyabrın 18-dir. FIFA-nın hazırkı prezidenti Canni İnfantinonun isə gələn il dördüncü müddətə seçilməyə çalışacağı gözlənilir.