gideon saar

İsrailin xarici işlər naziri Gideon Saar İordan çayının qərb sahilində, Taybeh bölgəsində avropalı diplomatlara qarşı törədilən hücumu qətiyyətlə pisləyib. Hadisə ilə bağlı araşdırma başlanıb, hüquq-mühafizə orqanları hücum edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görür.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Gideon Saar bildirib.

Nazirin sözlərinə görə, polis insidentlə bağlı araşdırmaya başlayıb, kriminalistlər isə hadisə yerində işləyərək sübutlar toplayırlar.

Saar qeyd edib ki, İsrail Xarici İşlər Nazirliyi hücum edən şəxslərin müəyyənləşdirilməsi və onların məsuliyyətə cəlb olunmasına kömək göstərilməsi məqsədilə aidiyyəti ölkələrin səfirləri ilə əlaqə saxlayır.

Bununla yanaşı, nazir təəssüflə bildirib ki, diplomatların səfəri İsrail Müdafiə Ordusu ilə əvvəlcədən razılaşdırılmayıb. Onun fikrincə, səfərin əvvəlcədən əlaqələndirilməsi qonaqların təhlükəsizliyinin təmin olunmasına kömək edə bilərdi.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: