6a3ab5f42fc5d6a3ab5f42fc5e17822325646a3ab5f42fc5b6a3ab5f42fc5c 23

Serbiya Prezidenti Aleksandar Vuçiç yaxın həftələrdə vəzifəsini tərk edəcəyini və ölkədə növbədənkənar prezidentparlament seçkilərinin keçiriləcəyini açıqlayıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, Vuçiç bu barədə Belqradda tərəfdarlarının iştirakı ilə keçirilən mitinqdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dövlət başçısı postunda fəaliyyətinin “son günləri və həftələri” başlayıb. Vuçiç qeyd edib ki, səlahiyyət müddəti 2027-ci ildə başa çatsa da, ölkə növbədənkənar seçkilərə gedəcək.

Paylaş: