Vətən müharibəsi iştirakçısı vəfat etdi – FOTO

Gəncədə 44 günlük Vətən müharibəsi iştirakçısı Əli Vəliyev dünyasını dəyişib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, Əli Vəliyev Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!