rptFPOk2SEjQQ9TpueEjouO6sZiGfKEEbNamw39n 1200

UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Sabah” və İspaniyanın “Barselona” komandası arasında keçiriləcək V tur oyununa hakim təyinatları açıqlanıb.

Globalinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Nikolas Uolş olacaq. Ona yan xətt hakimləri Frensis Konnor və Daniel Makferleyn kömək edəcəklər. Dördüncü hakim funksiyasını Donald Robertson yerinə yetirəcək. VAR hakimi Endryu Dallas, onun köməkçisi isə Stiven Maklin olacaq.

Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:45-də start götürəcək.

Paylaş: