Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü barədə razılıq yoxdur.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Bədəlyan deyib.
O, Ararat Mirzoyanın 9-10 iyul tarixlərində Vaşinqtonda olacağını bildirib.
Qeyd edək ki, bundan öncə Azərbaycan və Ermənistan NATO sammitinə dəvət olunub. Azərbaycanın hələlik sammitə qatılıb-qatılmayacağına dair rəsmi Bakıdan heç bir açıqlama verilməyib.