Ukrayna və Azərbaycan konsulluq məsləhətləşmələri keçirəcək

685fc0b07f69c685fc0b07f69d1751105712685fc0b07f69a685fc0b07f69b

UkraynaAzərbaycan Xarici İşlər Nazirlikləri arasında konsulluq məsləhətləşmələrinin keçirilməsi nəzərdə tutulur.

Globalinfo.az xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan Ukraynanın Xarici İşlər Nazirliyinin Konsulluq Xidməti Departamentinin direktoru Vladislav Kanevski özünün sosial şəbəkə hesabında yazıb.

O bu məsləhətləşmələr zamanı əldə olunacaq razılaşmaların xaricdə yaşayan ukraynalıların konsulluq müdafiəsinin səviyyəsinin artırılmasına töhfə verəcəyinə və ölkəsi ilə Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsi istiqamətində növbəti addım olacağına ümidvar olduğunu bildirib.