kerki 1

“Nikol Paşinyan “Overton pəncərəsini” açmağa və sülhün simasını necə təsəvvür etməli olduğunu ictimaiyyətə təqdim etməyə çalışdı. Məlum oldu ki, sülhün siması Ermənistan və Azərbaycanın bir-birindən heç bir tələbi olmamasından ibarətdir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın ictimai-siyasi ekspert Naira Zöhrabyan deyib.

Zöhrabyan anklav və eksklav məsələsinin mübadilə yolu ilə həllinə dair yanaşmanı tənqid edib.Onun sözlərinə görə, bu mövzu Ermənistanın yeni güzəştlərə hazırlanması məqsədi daşıya bilər:

“Anklav və eksklavlar məsələsinin mübadilə yolu ilə həll edilməli olduğunu deməklə Nikol Paşinyan ikinci “Overton pəncərəsini” açır və Tiqranaşenin (Kərki – red.) Azərbaycana veriləcəyini incə bir təbəssümlə açıq şəkildə bildirir. Başqa sözlə, o, bizi daha bir güzəştə və daha bir təslim olmağa hazırlayır”.

Qeyd edək ki, “Overton pəncərəsi” (Overton window) siyasətdə və sosiologiyada cəmiyyətin müəyyən bir zamanda qəbul edə bildiyi ideyaların diapazonunu ifadə edən konseptdir. Bu termin hər hansı bir ideyanın siyasi cəhətdən nə dərəcədə real və qəbulolunan olduğunu göstərir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: