mirzoyan 900x671 2

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla Ermənistan arasında anklav və eksklavların mübadiləsi ehtimalını istisna etməyib.

Globalinfo.az xəbər verir ki, Mirzoyan bu barədə “Sputnik Ermənistan”ın sualını cavablandırarkən danışıb.

O, ərazi mübadiləsini mümkün variantlardan biri kimi qiymətləndirib.

Nazir bildirib ki, anklavlar dəyişdirilə bilər, lakin problemin həlli üçün başqa variantlar da mövcuddur.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: