Navai kimi tanınan müğənni Nəvai Bəkirov Qazaxıstanda narkotik vasitələrin qaçaqmalçılığında şübhəli bilinərək iki ay müddətinə həbs olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın “Shot” Teleqram kanalı məlumat yayıb.
Kanalın bildirdiyinə görə, müvafiq qərar bu gün səhər Korday rayon məhkəməsində qəbul edilib.
Xatırladaq ki, Navai oktyabrın 13-də Qazaxıstana daxil olarkən “Qorday” sərhəd-keçid məntəqəsində saxlanılmışdı. Onun üzərindən 2,5 qram marixuana, siqaret kağızları və üyüdücü aşkarlandığı bildirilmişdi.
Safura Bənnayeva
Globalinfo.az