istanbul

“Türkiyənin İstanbul şəhərində yağan güclü yağışlar ciddi fəsadlara səbəb olub. Küçələri, evləri və iş yerlərini su basıb, nəqliyyatın hərəkətində problemlər yaranıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Leysan nəticəsində iki nəfər həyatını itirib.

Fatih rayonunda parkda su gölməçəsinə ayağı ilə toxunan 14 yaşlı yeniyetməni elektrik cərəyanı vurub. Huşsuz vəziyyətdə xəstəxanaya çatdırılan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Digər ölüm hadisəsi isə Sarıyer rayonunda qeydə alınıb. Sel sularının yarandığı küçədə yolun qarşı tərəfinə keçmək istəyən 34 yaşlı şəxs sürüşərək yıxılıb və başı səkiyə dəyib. Ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılan şəxsin də həyatını xilas etmək mümkün olmayıb.

Yağışların davam etməsi səbəbindən İstanbul məktəblərində dərslər dayandırılıb.

Sakinlərə zəruri ehtiyac olmadıqca evdən çıxmamaq tövsiyə edilib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: