Tacikistan AQEM sammitinin yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edib.
Globalinfo.az xəbər verir ki, bunu Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
O qeyd edib ki, bugünkü görüş beynəlxalq vəziyyətin mürəkkəb və həssas olduğu, geosiyasi rəqabətin, yaranan münaqişələrin və təhlükəsizlik təhdidlərinin beynəlxalq münasibətlərin sabitliyinə ciddi təsir göstərdiyi şəraitdə keçir: “Bu şəraitdə uzunmüddətli sülh və sabitliyin təmin olunması üçün möhkəm əsası yalnız suverenliyə hörmət, etimad və qarşılıqlı anlaşma, beynəlxalq hüquq prinsiplərinin aliliyi, mübahisə və fikir ayrılıqlarının dinc yolla həlli bazasında yaratmaq olar. Tacikistan beynəlxalq münasibətlərin çoxqütblü sisteminin möhkəmləndirilməsinin və dövlətlər arasında yaradıcı əməkdaşlığın inkişafının ardıcıl tərəfdarıdır. Biz əminik ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət qitə ölkələri arasında dialoq platforması kimi daha da effektiv rol oynaya bilər”.
O Laos Xalq Demokratik Respublikasınə AQEM-ə tamhüquqlu üzv kimi qoşulması münasibətilə təbrik edib.