Bakıda siçan üçün qoyulan tələyə ilan düşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi paylaşım edib.
Evində siçan tutmaq üçün yerləşdirdikləri yapışqanlı tələyə ilanın düşdüyünü bildirən şəxs hadisənin görüntülərini ictimailəşdirib.
Onun sözlərinə görə, ilanın evə mətbəx mebelinin arxasındakı dəlikdən daxil olduğu ehtimal edilir.
Hadisənin konkret hansı ünvanda baş verdiyi isə açıqlanmayıb.
Sözügedən görüntüləri təqdim edirik:
