1687439770 rusiya ordusu 88888 1

Rusiya və Qırğızıstanın müdafiə nazirlikləri 2027-ci il üçün əməkdaşlıq planı imzalayıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müvafiq sənəd Rusiyanın müdafiə naziri Andrey Belousov və Qırğızıstanın müdafiə naziri Ruslan Mukambetovun görüşü zamanı imzalanıb.

Rusiya rəsmisi iki ölkə arasında hərbi əməkdaşlığın dinamik inkişaf etdiyini bildirib.

Belousovun sözlərinə görə, müdafiə nazirlikləri arasında əməkdaşlıqda qoşunların əməliyyat və döyüş hazırlığına, hərbçilərin təliminə və təcrübə mübadiləsinə, Qırğızıstan ərazisindəki birgə Rusiya hərbi bazasının fəaliyyətinin təmin edilməsinə, eləcə də hərbi-texniki əməkdaşlığa xüsusi diqqət yetirilir.

Öz növbəsində, Mukambetov Qırğızıstanın silahlı qüvvələrinin döyüş hazırlığının gücləndirilməsinə, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlığa, kadr hazırlığına və digər istiqamətlərə verdiyi dəstəyə görə rusiyalı həmkarına təşəkkür edib.

Mukambetov, həmçinin Qırğızıstan silahlı qüvvələrini bu yaxınlarda başa çatan “Mərkəz-2026” hərbi təlimlərinə dəvət etdiyinə görə Belousova minnətdarlığını bildirib.

Günay Rəsulqızı
Globalinfo.az 

Paylaş: